image-ads_n1karobka_mobile
image-ictimai_0a0f456c839e12e92c298241096c133c_uj698bpxarq42sz5307k-620x460backend

“Global Red Carpet 2026”də Elşən Gəncəviyə mükafat – FOTO

image-add-a-heading

“Global Red Carpet 2026” konsepsiyası Caspian Events Group tərəfindən Azərbaycanda ikinci dəfə təşkil olunub. Tədbirdə müxtəlif sahələrdə uğur qazanan şəxslər mükafatlandırılıb.

Doğru.az xəbər verir ki, mükafatlandırma gecəsi Pullman Baku Hotel otelində keçirilib. Tədbirin aparıcısı əməkdar artist Elnur Kərimov olub. Gecədə millət vəkili Vüqar İskəndərov, xeyriyyəçi Hacı Nuran Hüseynov, müğənni Rübail Əzimov və xalq artisti Məleykə Əsədova də mükafat alanlar sırasında yer alıb.

Tədbirdə həmçinin Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Cənubi Kipr ölkələrindən olan iş adamları da müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.

İctimai və iqtisadi sahələrdə əldə etdiyi uğurlara görə Elşən Gəncəvi “İş adamı” nominasiyasına layiq görülüb. O, iqtisadçı, ictimai xadim və sahibkar kimi fəaliyyət göstərir.

Elşən Gəncəvi Ganjavi Holding şirkətinin prezidenti, Najafsoy Group şirkətinin direktoru, həmçinin Ganjavi Media media platformasının rəhbəridir. O, Strateji.az və Siyasi.az xəbər portallarının baş redaktoru kimi də fəaliyyət göstərir.

Qeyd edək ki, Elşən Gəncəvi müxtəlif illərdə bir sıra beynəlxalq mükafatlara da layiq görülüb. O, Altın Melek Ödülleri 2021 layihəsində “İlin ən başarılı iş adamı”, Turkey Exclusive Awards 2022 layihəsində “Azərbaycanın başarılı iş adamı” və Altın Melek Ödülleri 2025 layihəsində “İlin uluslararası ən başarılı iş adamı” nominasiyaları üzrə mükafatlandırılıb.

Həmçinin Gəncəvi Milli Mükafatı 2025 layihəsində “İş adamı” nominasiyası üzrə mükafata layiq görülüb.

DOĞRU.AZ

image-1b23898e-bd15-4c02-9087-bf5de0317209 image-d5b572ff-3f2a-491b-8de6-b7b60852f826


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki