image-2000x150px
image-123
image-ads_atlas
image-hacinuran-20210715-0002backend

“Görürsən də ay Nuran … Deyəsən, gündəm yoxdur” – Fəxrəddin Manafov

image-728x90px

Hacı Nuran Fəxrəddin Manafov haqda yayılan yalan məlumata şəxsi instaqram hesabında münasibət bildirib:

* … 15.07.2021 … Yalan ayaq tutar yeriməz, deyir atalar … Bizdə isə bəzən yalan ayaq tutur, hətta bir az yeriyir də … Elə bugünkü xəbər kimi … Bəzi saytlarda Fəxrəddin Manafovun xəstəliyi ilə bağlı xəbərlər yayıldı … Yazılanlara görə, nəsə allergik xəstəliyə tutulan aktyor təcili xəstəxanaya yerləşdirilib … Açığı, xəbərdən xeyli məyus oldum … Amma xəbər sayt jurnalistlərindən fərqli olaraq, mən aktyorla, daha dəqiq dostumla əlaqə saxladım … Səsi pis gəlmirdi … Evdə idi … İstəmədim qanını qaraldım … Və səsindən hiss etdim ki, yayılan xəbərlərdən heç məlumatı belə yoxdur … “Gəl, bir çay içək”, dedi … Getdim … Görüşdük … Nəsə sözlü adama oxşadığımı hiss etdi … Gizlədə bilmədim mən də … Xeyli güldük … “Görürsən də ay Nuran … Deyəsən, gündəm yoxdur axı“ … Təəssüfləndim mən də … Fəxrəddin Manafovun adından yalan xəbər yazmaqla kiminsə LİKE toplamaq istəyinə … Çox təəssüf … Bu, peşəkarlıq deyil …

DOĞRU.AZ

image-hacinuran-20210715-0004

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki