image-n1karobka_ads
image-123
image-689ad67402e8bd5b2f35576dbackend

Güclü meşə yanğınları Madridin Tres Kantos şəhərinə çatdı

image-ad_qayo_720x110px

İspaniyanın Madrid əyalətində yerləşən Tres Kantos şəhərində güclü meşə yanğınları fəlakətə səbəb olub.

Doğru.az xəbər verir ki, “El País” nəşrinin məlumatına görə, alov şəhər mərkəzinə bitişik iki yaşayış massivinin boşaldılmasına səbəb olub. Güclü istilik və külək nəticəsində yanğın sürətlə Soto de Vinuelas və Fuente del Fresno yaşayış məntəqələrinə yayılıb.

Bir neçə dəqiqə ərzində alov “La Hípica” restoranını, ona bitişik atçılıq mərkəzini, eləcə də ikidilli prestijli özəl internat məktəbini məhv edib.

Hadisə nəticəsində bir nəfərin ağır yaralandığı, bədəninin 98 faizinin yanıq xəsarəti aldığı və La Paz xəstəxanasına çatdırıldığı bildirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki