image-ads_n1karobka_mobile
Günay Baxşiyevanın təşkilatçılığı ilə Avropa Liseyinin  şagirdləri Azərbaycan Ordusunun Qarabağdakı qələbəsinə aid videoçarx hazırladılar.backend

Günay Baxşiyevanın təşkilatçılığı ilə Avropa Liseyinin şagirdləri Azərbaycan Ordusunun Qarabağdakı qələbəsinə aid videoçarx hazırladılar.

Zəfər Müharibəsində əldə etdiyimiz parlaq qələbə heç də asan başa gəlmədi. Bu yolda minlərlə igidimiz şəhid oldu.

Müdafiə Nazirliyinin rəsmi açıqlamasına əsasən II Qarabağ döyüşlərində 2783 Azərbaycan qəhrəmanı şəhid olub. Uzun illərdir erməni terrorçularının işğalı altında olan torpaqlarımızın azad olunması balaca fidanlarımızı da sevindirib. Bakı Avropa Liseyinin 3a3 sinif şagirdləri sinif rəhbəri Günay Baxşiyevanın təşkilatçılığı ilə Azərbaycan Ordusunun Qarabağdakı qələbəsinə aid videoçarx hazırlayıblar.

“Doğru.az”-ın məlumatına görə, balaca fidanlar şeir parçaları ilə əsgərlər təşəkkürlərini bildirməklə yanaşı, dahi öndər Heydər Əliyevin məzarı önünə əklil qoyaraq “Ruhun şad olsun Heydər baba” deyib, “Qarabağ azaddır!”, “Qarabağ bizimdir!” deyə dünyaya səsləniblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki