image-ads_n1karobka_mobile
image-699a264202e8bd0929553199backend

Günəş aktivliyi son iki ilin ən aşağı səviyyəsinə düşüb

image-add-a-heading

Rusiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası Günəş aktivliyinin son iki ildə ən aşağı səviyyəyə endiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, alimlərin sözlərinə görə, gərgin keçən yanvar və fevralın əvvəlindən sonra Günəş aktivliyi indeksi 2024-cü ilin aprel ayından bəri ilk dəfə sıfır göstəricisinə çatıb.

Ekspertlər bildiriblər ki, cəmi bir neçə həftə əvvəl vəziyyət tam fərqli idi. Laboratoriyanın Telegram paylaşımında qeyd olunub: “Bu tendensiyanı geri çevirmək üçün hansı resurslardan istifadə edilə biləcəyi tamamilə aydın deyil”.

İnstitut xatırladıb ki, ilin əvvəlində Günəş cari əsr üzrə iki rekord qırmışdı – radiasiya fırtınasının gücünə və bir bölgədə qeydə alınan güclü alışmaların sayına görə. Hazırkı vəziyyət isə alimlərin fikrincə, “çox uzun bir depressiyanın başlanğıcı”nı xatırladır.

Bununla belə, mütəxəssislər Günəş fəallığının tamamilə dayanmasını ehtimaldan uzaq hesab edirlər. Qeyd olunur ki, hazırda ulduz son ayların ən sakit mərhələlərindən birini yaşayır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki