Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ölkə hökumətinin kimyəvi maddələrdən istifadə etməsi ilə bağlı yayılan xəbərlərə görə Avropa İttifaqından üzr istənilməli olduğunu bildirib.
Doğru.az xəbər verir ki, o, bunu Gürcüstan Televiziyasının Birinci Kanalına açıqlamasında deyib.
Papuaşvili Avropa Komissiyasının sözçüsü Anita Hipperin, Avropa Parlamenti üzvlərinin və “müxtəlif QHT-lərin” bu iddialarla bağlı üzrxahlıq edib-etməyəcəyinin hələ də açıq qaldığını vurğulayıb.
Qeyd edək ki, bir qədər əvvəl Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası BBC-yə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldıracağını açıqlayıb. Buna səbəb nəşrin 2024-cü ildə Tbilisidə keçirilən hökumət əleyhinə etirazların kimyəvi maddələrlə dağıdıldığına dair iddiaları olub.
DOĞRU.AZ




























