image-n1karobka_ads
image-123
image-670a6087ae5ac92d83229ef2-1backend

Gürcüstan Mərkəzi Seçki Komissiyası seçkilərin təşkilində iştirak etməməyə çağıran mesajlar açıqlayıb

image-ad_qayo_720x110px

Gürcüstan Mərkəzi Seçki Komissiyasının üzvlərinə naməlum şəxslərdən seçkilərin təşkilində iştirak etməmək və tutduqları vəzifəni tərk etmək çağırışı ilə mesajlar daxil olur.

Seçki idarəsinin əməkdaşlarına təzyiqlər var. Bəzi administrasiya əməkdaşlarına telefon mesajları daxil olub ki, orada seçkilərin təşkilində iştirakdan imtina etməyə, işlərini tərk etməyə və bunu ictimaiyyətə bəyan etməyə çağırıblar.

Onun sözlərinə görə, SMS-lər eyni nömrədən gəlir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri xəbərdarlıq edib ki, komissiya bu barədə beynəlxalq müşahidəçiləri məlumatlandıracaq.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze parlament seçkiləri prosesinə kənardan görünməmiş müdaxilənin olduğunu bəyan edib.

Mənbə TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki