image-n1karobka_ads
image-123
image-673a3412ae5ac9240e77c84abackend

Gürcüstan müxalifəti etiraz aksiyasını Tbilisinin mərkəzində davam etdirmək niyyətindədir

image-ad_qayo_720x110px

Tbilisidə müxalifətçilər Gürcüstan parlamentinə seçkilərin nəticələrinə etirazlarını davam etdirəcəklər.

Bu barədə RİA Novosti yazır.

Agentliyin məlumatına görə, “Dəyişikliklər naminə” partiyasının nümayəndələri və onların tərəfdarları respublika paytaxtının mərkəzində çadırlar qururlar. Onlar küçə etirazını davam etdirəcəklərini vəd edirlər.

Bundan əvvəl Gürcüstanın Mərkəzi Seçki Komissiyası yekun seçki protokolunu təsdiqləyib və ona əsasən, “Gürcü arzusu” partiyası 150 mandatdan 89-nu alıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişviliyə hücumla bağlı cinayət işi açılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki