Gürcüstanın baş naziri İrakli Kobaxidze 2008-ci il müharibəsinin şəraitinin araşdırılmasını istisna etməyib.
Bu barədə TASS yazır.
“Ola bilsin ki, prokurorluğa, parlamentin istintaq komissiyasının yaradılmasına, Konstitusiya Məhkəməsinə müraciət olsun. Hər şeyi birlikdə və ya sadəcə bir alətdən istifadə etmək mümkün olacaq”, – Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin və keçmiş hakim “Milli Hərəkat” partiyasının törətdiyi “2008-ci ilin cinayəti” “sona qədər araşdırılmalıdır”.
Bundan əvvəl məlum olmuşdu ki, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası oktyabrda keçirilən parlament seçkilərindən sonra 2008-ci ilin avqustunda müharibəyə səbəb olan hadisələri araşdırmaq niyyətindədir.
DOĞRU.AZ