image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-66c3842b02e8bd46ed2a5992backend

Gürcüstanın baş naziri 2022-ci ildə Tbilisidən səfirini geri çağırdığına görə Ukraynanı tənqid edib

image-728x90px

Ukrayna hakimiyyəti 2022-ci ildə Tbilisidən Ukrayna səfirinin geri çağırılmasında ifadə olunan Gürcüstana qarşı qeyri-dost addımlarını yenidən düşünməlidir.

Doğru.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

“Kimsə qərarlara yenidən baxmalı olsa, səfiri geri çağıran Ukrayna rəhbərliyidir ki, bu son dərəcə qeyri-dost qərar idi”, – deyə baş nazir bildirib.

Kobaxidze Ukrayna rəhbərliyinin hərəkətlərini Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi və gürcü muzdlularının olduğu təyyarənin Ukraynaya uçmasına rəsmi icazə verməməsi ilə izah edib.

Bundan əvvəl Kobaxidze Amerika rəsmiləri ilə görüşdə ABŞ ilə ikitərəfli münasibətlərdən məyus olduğunu bildirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki