image-2000x150px
image-123
image-ads_atlas
image-20180118_zaa_u101_003-pic_32ratio_900x600-900x600-35591backend

Gürcüstanın baş naziri ABŞ-a səfər etməkdən imtina edib

image-728x90px

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərini ləğv etmək qərarına gəlib, çünki Amerika tərəfi xarici agentlər haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.

TASS bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

“Gürcüstanın baş naziri ABŞ-a bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl ölkə parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın.

Şərti səfərin həyata keçirilməsi etimad və qarşılıqlı hörmətə əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl Amerika səfiri Robin Dunniqan bildirib ki, Gürcüstan hakimiyyəti strateji tərəfdaşlıq məsələlərini müzakirə etmək üçün ABŞ-a səfər dəvətindən imtina edib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki