Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-ın xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar münasibətlərə yenidən baxılması ilə bağlı hədələrini və mümkün sanksiyaları əks-məhsuldar adlandırıb.
Onun sözlərini Newsgeorgia.ge portalı sitat gətirir.
O vurğulayıb ki, əgər Vaşinqton ikitərəfli münasibətləri yaxşılaşdırmaq istəyirsə, Gürcüstana qarşı təhdidlər “ciddi və əks-məhsuldardır”.
“Biz ABŞ-ın nüfuzunun zədələnməsini istəmirik. Birləşmiş Ştatlara çağırışımız tərəfdaşlıq haqqında düşünmək və əks-məhsuldar addımlara əl atmamaqdır. Əvvəla, bu, onlara zərər verəcəkdir. Bu, bizim siyasi komandamıza heç bir zərər verməyəcək; Ona görə də mən bir daha hamını praqmatik olmağa çağırıram”, – Kobaxidze bildirib.
Mənbə: Sputnik