image-ads_n1karobka_mobile
image-img-20240730-wa0009backend

Gürcüstanın baş naziri Kobaxidze: Ukraynada münaqişə gələn il bitəcək

Gürcüstanın baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində Ukraynada hərbi münaqişənin gələn il bitəcəyini ehtimal edib.

Onun sözlərinə görə, o zaman gürcü-amerikan münasibətlərində sıfırlanma olacaq.

Eyni zamanda, Kobaxidze qeyd edib ki, gürcü-amerikan münasibətlərinin yenilənməsi ABŞ-ın əlindədir və Gürcüstan tərəfi qarşılıqlı addımlar gözləyir.

Həmçinin, Gürcüstanın baş naziri bu il Aİ-yə üzvlüklə bağlı danışıqların aparılacağını istisna etməyib.

Bundan əvvəl Kobaxidze bildirib ki, xarici qüvvələr Gürcüstanın Rusiyaya qarşı “cəbhə” açmamasından qıcıqlanıb.

Mənbə RT rusca


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki