Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) birgə məlumat yayıb.
Doğru.az xəbər verir ki, məlumatda bildirilir ki, dekabrın 3-də MİDA-nın növbəti layihələri üzrə 627 mənzilin “Elektron hökumət” portalı vasitəsilə satışı zamanı sistemə kiberhücum cəhdləri müşahidə olunub.
Məlumatda qeyd edilir ki, mənzil seçimi prosesində müxtəlif kiberhücumlar operativ şəkildə aşkarlanaraq neytrallaşdırılıb. DTX-də qeydiyyata alınan faktlarla bağlı cinayət işi başlanıb.
Müəyyən edilib ki, Azərbaycan vətəndaşları C.Süleymanlı və T.Abdulov onlara müraciət edən şəxslərə güzəştli mənzil əldə etməkdə qanunsuz üstünlük qazandırmaq məqsədilə xüsusi proqram təminatını MİDA-nın “Güzəştli mənzil” sisteminə tətbiq ediblər. Bu, dekabrın 3-ü saat 11:00-da kompüter infrastrukturunun normal fəaliyyətinə ciddi maneə yaratmağa yönəlmişdir.
Hər iki şəxs DTX tərəfindən Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələri ilə məsuliyyətə cəlb olunub. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
DOĞRU.AZ




























