image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-8backend

Hacıbəyovun Şuşadakı yeni heykəli 31 il əvvəlkinin eynisidir – FOTO/VİDEO 

image-728x90px

Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəyovun heykəli ucaldılıb. 

“Doğru.az” xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən Bakı emalatxanasında hazırlanan abidə 1985-ci ildə bəstəkarın 100 illiyi münasibətilə Şuşada ucaldılan və müəllifi heykəltaraş Əhməd Salikov olan bürünc heykəlin surəti əsasında yaradılıb. Mədəniyyət abidəsi üzərində bir neçə heykəltaraş çalışıb.

Sözügedən heykəl görkəmli Azərbaycan şairəsi, III Qarabağ xanının qızı Xan qızı Xurşid Banu Natəvanın malikanəsinin ərazisində yerləşir.

Heykəlin təqdimatı 18 Sentyabr-dahi bəstəkarın doğum günü-Musiqi Günündə baş tutacaq.

Qeyd edək ki, Hacıbəyov heykəli Şuşa şəhərinin işğalı zamanı, 1992-ci ildə ermənilər tərəfindən tamamilə dağıdılmışdı. Qafqazinfo


image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki