image-n1karobka_ads
image-123
image-hakan-fidan-aa-2125373backend

Hakan Fidan: “İsrail-İran arasında müharibə ehtimalını yüksək hesab edirəm”

image-ad_qayo_720x110px

Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədəki vəziyyət və İsraillə İran arasında müharibə ehtimalı barədə danışıb.

Oxu.Az xəbər verir ki, XİN rəhbəri bu barədə “France 24” telekanalına müsahibəsində məlumat verib.

O, İranın zəifləməsi ilə əlaqədar bu müharibənin baş verə biləcəyi ilə bağlı suala cavab olaraq deyib:

“Hər hansı səbəbdən olursa olsun, bunun baş vermə ehtimalı var. Mənim bildiyim odur ki, iranlılar bunu istəmirlər. Böyük müharibədən qaçırlar. Mən bunu iranlı dostlarımla görüşdə öyrənmişəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki