Hamamda 19 yaşlı gənclə olarkən zəhərlənən və xəstəxanaya yerləşdirilən 14 yaşlı T.B-nin bir müddət öncə Nail Kərimlinin təqdimatında yayılan videosu yenidən paylaşılıb.
NOCOMMENT.azxəbər verir ki, həmin vaxt açıqlamasında 13 yaşında ərə verildiyini, ərinin isə ona içki içirtdiyi, narkotik çəkdirdiyi haqda danışır.
Heç bir təhsilinin olmadığını bildirən qız anasının şəkər xəstəsi, atasının isə kor olduğunu deyir, küçələrdə yaşadığını, rəfiqələrinin evində yuyunduğunu bildirir və sığınacağa yerləşdirilmək istədiyini dilə gətirir.
Onun sonradan sığınacağa yerləşdirilib-yerləşdirilmədiyi bəlli deyil. Ancaq bu video diqqətdən kənarda qalan kimsəsiz qızın barəsində sosial şəbəkələrdə ittihamedici mövqeyə qarşı yayılıb. Ata-anası olsa da, faktiki olaraq kimsəsiz qalan yeniyetmə haqda daha ədalətli fikir yürütmək və onun taleyinə acımaq əvəzinə sərt ittihamlar səsləndirənlər də qınanılıb.
T.B dilənçiliklə məşğul olduğu və eyni zamanda bir müddət əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində mağazadan oğurluq etdiyi üçün bundan öncə də saxlanılmışdı.
Qeyd edək ki, bir neçə gün öncə Bakıda 19 yaşlı Ağdaş sakini Yusuf Mehmet oğlu Atalay və 14 yaşlı Yevlax sakini T.M.B. Xətai rayonunda kirayədə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Hadisə nəticəsində 19 yaşlı Yusif həyatını itirib, 14 yaşlı T.B isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib./Bakupost.az/

























