image-ads_n1karobka_mobile
image-69f3da7402e8bd734318268cbackend

“Mindich kasetləri” iddiası: Zelenskinin həyat yoldaşının səsi də ola bilər

Ukraynada yeni qalmaqal iddiaları gündəmə gəlib.

Doğru.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel tezliklə yayımlanacağı deyilən “Mindich kasetləri”ndə prezidentin həyat yoldaşı Olena Zelenskanın səsinin də yer ala biləcəyini bildirib.

Onun sözlərinə görə, sənəddə “Vova” kimi qeyd olunan və dron sövdələşməsi ilə əlaqələndirilən şəxsin Zelenskinin özü olduğu iddia edilir. Həmçinin səs yazılarında keçmiş müdafiə nazirinin Qərb tərəfdaşlarından 1 milyard dolların Zelenski ilə əlaqəli şirkətlərə köçürülməsinin müzakirə edildiyi irəli sürülür.

Qeyd edək ki, daha əvvəl Ukrayna hökuməti daxilində korrupsiya iddialarını əks etdirən səs yazılarının yayımlandığı bildirilmişdi. Həmin materiallarda Zelenskinin keçmiş ofis rəhbəri Andrey Yermak və Timur Mindiçin adı da hallandırılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki