image-ads_n1karobka_mobile
image-img-20260501-wa0002backend

Bu rayonda əməliyyat keçirildi – 2 nəfər saxlanıldı

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə “Doğru.az“-a barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.

Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki