Nazirlər Kabineti “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nı təsdiq edib.
Sfera.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, aidiyyəti dövlət orqanları (qurumları) dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslər Qərarın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın həyata keçirilməsi istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etməlidir.
DOĞRU.AZ

























