Pakistanın Əfqanıstanın Kunar əyalətinə raket hücumu nəticəsində azı üç nəfər ölüb, 45 nəfər yaralanıb.
Doğru.az xəbər verir ki, bu barədə Tolo News məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində mülki şəxslər də hədəfə alınıb və yaralananların sayı 45 nəfərə çatıb.
Nəşrin məlumatına görə, qurbanlar arasında mülki şəxslər də var.
Xatırladaq ki, mart ayında politoloq Vladimir Şapovalov Pakistanla Əfqanıstan arasında münaqişənin ən azı bir neçə həftə aktiv fazada davam edə biləcəyini bildirmişdi.
DOĞRU.AZ

























