Ağ Evdə keçirilən tədbirdə ABŞ Prezidenti Donald Tramp ABŞ hərbi qüvvələrinin İtaliya və İspaniyadan çıxarılmasının mümkünlüyünü istisna etməyib.
Doğru.az xəbər verir ki, Tramp çıxışında “Bəlkə də edərəm. Niyə də yox? İtaliya bizə heç kömək etməyib və İspaniya dəhşətli, sadəcə dəhşətli davranır” ifadələrini işlədib.
O, daha əvvəl administrasiyasının Almaniyada yerləşən ABŞ hərbi kontingentinin sayının azaldılması imkanını da nəzərdən keçirdiyini bildirmişdi.
Bundan sonra Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Trampın Almaniyadakı qüvvələrin azaldılması ilə bağlı açıqlamasını Almaniya kansleri Fridrix Merts üçün “qara ləkə” adlandırıb.
DOĞRU.AZ

























