ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris bildirib ki, prezident seçkilərində qalib gələrsə, ABŞ-ı dünyanın ən güclü silahlı qüvvələri ilə təmin edəcək.
TASS xəbər verir ki, o, bu barədə Demokratlar Partiyasının ümumxalq qurultayında bildirib.
“Baş komandan kimi mən Amerikanın həmişə dünyanın ən güclü, ən ölümcül ordusuna sahib olmasını təmin edəcəyəm” dedi Harris.
Bundan əlavə, Amerika Konqresinin Nümayəndələr Palatasının üzvü Nensi Pelosi bildirib ki, Harris dövlət başçısı seçkilərində qalib gələrsə, Asiya-Sakit okean regionuna diqqəti artıracaq.
DOĞRU.AZ