ABŞ-ın vitse-prezidenti Kamala Harris prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdini alçaq və qorxaq hərəkət adlandırıb.
TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat fondunda bildirilib.
“Hamımızın bildiyi kimi, bu, alçaq, dəhşətli və qorxaq bir hərəkət idi” dedi Harris.
Eyni zamanda o, eks-prezidentə sui-qəsd nəticəsində həlak olan Kori Komperatorun ailəsinə başsağlığı verib.
Daha əvvəl Politico yazmışdı ki, yaxın həftələrdə Trampa qarşı yeni cəhdlər edilə bilər.
Senator Ceyms Vens də Trampa sui-qəsd cəhdinin genişmiqyaslı təhqiqatına çağırıb.
DOĞRU.AZ