image-ads_n1karobka_mobile
image-image_940x_699dccb19c133backend

Hava ilə bağlı qırmızı XƏBƏRDARLIQ: Leysan olacaq – Bu ölkədə

image-add-a-heading

Bali dövləti güclü tropik leysan yağışları səbəbindən hava təhlükəsi xəbərdarlığını qırmızı səviyyəyə qaldırıb.

Ajans.az bildirir ki, bu barədə “Jakarta Globe” qəzeti məlumat yayıb.

Sinoptiklərin proqnozlarına görə, adada güclü yağıntılar ən azı 26 fevrala qədər davam edəcək. Mütəxəssislər həmçinin küləyin sürətinin 12.5 m/s-ə çatacağı və bu səbəbdən sahil sularında dalğaların hündürlüyünün dörd metri keçəcəyi barədə də xəbərdarlıq edirlər.

Kurortlarda dincələn turistlərə xüsusi xəbərdarlıq edilir.

Səyahət edənlərə son dərəcə ehtiyatlı olmaq və yerli meteoroloji xidmətlərin ən son məlumatlarını yaxından izləmək tövsiyə olunur.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki