image-n1karobka_ads
image-123
image-681a0319ae5ac93c424fc774backend

Hegseth Trampın xəbəri olmadan Ukraynaya silah tədarükünü dayandırıb

ABŞ prezidenti Donald Trampın ikinci müddətə seçilməsinə bir həftə qalmış Pentaqon rəhbəri Pit Heqset administrasiyanı xəbərdar etmədən ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırıb, Reuters mənbələrə istinadən xəbər verir.

“Artilleriya mərmiləri və digər silahlarla yüklənmiş və Ukraynaya gedən 11 uçuş ləğv edilib”, – nəşr yazır.

Agentliyin mənbəsinin sözlərinə görə, əmr Pentaqonun rəhbəri Pit Heqsetin ofisindən gəlib.

ABŞ-ın yüksək rütbəli milli təhlükəsizlik rəsmilərinin də müdafiə nazirinin qərarından xəbərsiz olduğu qeyd edilir.

Donald Tramp daha əvvəl 2026-cı maliyyə ilində ABŞ-ın müdafiə xərclərini 13% artıraraq 1,01 trilyon dollara çatdırmağı təklif etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki