İsrail HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə cavab verəcək, Fələstin hərəkatının Əlcəzairdəki nümayəndəsi Yusuf Həmdan bildirib.
“Qəhrəman İsmayıl Haniyənin İran prezidentinin andiçmə mərasimində iştirakından sonra ölümü rəhbərliyin və onun strukturlarının qərarlarına təsir etməyəcək. İsrail bu cinayətin əvəzini ödəyəcək”, – deyə RİA Novosti onun sözlərini sitat gətirib .
İran hökumətinin istefa verən vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi qeyd edib ki, fələstinlilərin HƏMAS Siyasi Bürosunun rəhbərinin qətlinin təşkilatçılarını “cəzalandırmaq” hüququ var.
Rusiya Xarici İşlər Nazirliyi Haniyənin ölümünün regionda daha da gərginləşəcəyi ilə bağlı fikir bildirib.
Mənbə RİA Novosti