Fələstinin Həmas hərəkatı İsrailin tətbiq etdiyi blokada səbəbindən Qəzza zolağında humanitar vəziyyətin daha da pisləşdiyini açıqlayıb.
Doğru.az xəbər verir ki, TASS agentliyi Həmasın bəyanatına istinadla Qəzzada 2 milyondan çox insanın aclıq təhlükəsi ilə üzləşdiyini bildirib. Bəyanatda qeyd olunub ki, bölgədə qida çatışmazlığı kritik həddə çatıb və vəziyyət xüsusilə uşaqlar üçün həyati təhlükə yaradır.
Həmas bildirir ki, artıq 650 mindən çox uşaq ağır qida çatışmazlığından əziyyət çəkir. Həmçinin, iyulun 12-də Qəzza Media Ofisi məlumat yayıb ki, cari ilin mart ayında tam blokada tətbiq olunandan bəri ən azı 67 uşaq aclıqdan həyatını itirib.
DOĞRU.AZ