Hesabat ilində 45 auditdə büdcə qanunvericiliyinin pozulması, 40 auditdə dövlət satınalmaları və 16 auditdə əsaslı xərclər üzrə hüquqların tələblərinin pozulduğu müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin aprelin 22-də keçirilən plenar iclasında “Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nı təqdim edərkən deyib.
O qeyd edib ki, uyğunluq elementləri üzrə aşkarlanmış pozuntu 657 milyon manat olub, bunun 126 milyon manatı hesablanmış büdcəyə zərər təşkil edib. Zərər məbləğinin 84,4 milyon manatı üzrə müvafiq qaydada pul və ya natura şəkilində bərpası və əvəzləşdirilməsi, 15,2 milyon manatı üzrə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi istiqamətində qərar qəbul edilib.
DOĞRU.AZ