Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Həştərxanda yanan tövlədən 48 dovşanı çıxarıblar, bütün heyvanlar xilas edilib, tələfat olmayıb.
Bina sahibi bildirib ki, hadisə elektrik naqillərində qısaqapanma nəticəsində baş verib.
Alov 155 kvadratmetr sahəni əhatə edən iki evi və yardımçı tikililəri əhatə edib.
“Sahibi heyvanların olması barədə dərhal yanğınsöndürənlərə məlumat verib. Bütün heyvanlar xilas edilib, xəsarət alan olmayıb”, – idarədən bildiriblər.
Mənbə: RİA Novosti