“The New York Times” yazır ki, Cammu və Kəşmirin ittifaq ərazisindəki terror aktından sonra Hindistan və Pakistan arasında gərginlik yeni silahlı qarşıdurma təhlükəsi yaradır.
Pakistanlı analitik Seyid Məhəmməd Əlinin fikrincə, bu dəfə eskalasiya 2019-cu ilin fevralından daha geniş ola bilər.
O, Hindistan hakimiyyətinin Pakistanla münaqişə təhlükəsindən ABŞ-la münasibətləri inkişaf etdirmək və tariflərdən imtinaya dair razılaşma əldə etmək üçün bəhanə kimi istifadə edə biləcəyi fikrini bildirib.
Adının açıqlanmasını istəməyən Pakistanın yüksək rütbəli təhlükəsizlik rəsmisi ölkəsinin istənilən eskalasiyaya ehtiyatla yanaşacağını, lakin istənilən aqressiv hərəkətə mane olacağını bildirib.
Bundan əvvəl Hindistan Pahalqam yaxınlığında turistlərin ölümü ilə nəticələnən terror aktından sonra Pakistanla sərhəddə yerləşən Attari keçid məntəqəsini bağladığını bəyan edib.
DOĞRU.AZ