Banqladeşdə məşğulluq üçün kvota sisteminə qarşı etirazlardan sonra başlayan iğtişaşlar davam edir. 4,5 min hindistanlı tələbə ölkədən təxliyə edilib.
Hindistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Banqladeşdən təkcə hindistanlılar deyil, həm də qonşu ölkələrin: Nepal, Maldiv adaları və Butan vətəndaşları təxliyə edilib.
“Nepaldan 500, Butandan 38 və Maldiv adalarından bir tələbə də Hindistana gəlib”, – press-relizdə deyilir.
Bundan əvvəl Banqladeşdə tələbələrin etirazları səbəbindən internet kəsilməyə başladığı barədə məlumat daxil olub.
DOĞRU.AZ