image-n1karobka_ads
image-123
image-depositphotos_25475973_l-2015-pic905-895x505-37136backend

Hindistanda parlament seçkilərinin altıncı mərhələsi keçirilir

Hindistanda keçiriləcək parlament seçkilərində 111 milyondan çox insan səsvermənin altıncı və sondan əvvəlki mərhələsində iştirak edə biləcək.

TASS xəbər verir ki, bu barədə Cənubi Asiya respublikasının Seçki Komissiyası məlumat yayıb.

Bu mərhələdə seçicilər altı ştat və iki ittifaq ərazisinə yayılmış 58 parlament seçki dairəsində səs verəcəklər.

Seçki məntəqələri əksər ərazilərdə saat 07:00-da bəzi yerlərdə isə daha gec açılıb. Seçicilər Bihar, Jharkhand, Qərbi Benqal, Odişa, Uttar Pradeş, Haryana ştatlarında, həmçinin Cammu və Kəşmir Birlik Ərazisində və Dehli Milli Paytaxt Ərazisində (Birlik Ərazisi statusuna malikdir) səs verirlər. Səsvermə saat 18:00-a qədər davam edəcək.

Hindistanda ümumi seçkilər aprelin 19-da başlayıb və iyunun 1-dək davam edəcək. Səsvermənin nəticələrinin iyunun 4-də açıqlanacağı gözlənilir. Seçkilər hədsiz isti şəraitdə keçirilir. Səsvermənin başlandığı Dehli və Haryana da daxil olmaqla yüksək temperaturla əlaqədar qırmızı həyəcan siqnalı verilib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki