Hollandiya Ukraynaya Patriot zenit-raket kompleksləri (SAM) üçün nəzərdə tutulan əlavə mərmilər ötürmək niyyətindədir.
Bu barədə Krallığın baş naziri Mark Rutte X platformasında (keçmiş Twitter) hesabında yazıb.
Hökumət başçısı bildirib ki, oktyabrın 13-də Ukraynanın Odessa şəhərinə səfər edib. Onun sözlərinə görə, səfər ölkə prezidenti Vladimir Zelenskinin dəvəti ilə baş tutub.
“Biz lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik. Bu qış Rusiya mümkün qədər Ukraynaya zərər vurmağa çalışacaq”, – baş nazir yazıb.
Mənbə: BBC