Hollandiyanın MIVD hərbi kəşfiyyat agentliyinin direktoru, vitse-admiral Pieter Risnik təklif edib ki, Ukraynada nizamlanma əldə olunarsa, hərbi istehsalın indiki səviyyədə qalması şərti ilə Rusiya bir il ərzində yeni münaqişəyə hazır ola bilər.
Politico onun sözlərindən sitat gətirir : “Hollandiya, NATO-nun qalan hissəsi kimi, bu baş verərsə, hazır olduğumuza əmin olmaq üçün yüksək hazırlıq vəziyyətindədir”.
Almaniyanın yeni kansleri Fridrix Merz bundan əvvəl Rusiyanı Avropanın təhlükəsizliyinə ən böyük təhdid adlandırmışdı . O, həmçinin bildirib ki, Almaniya və Fransa Ukraynaya dəstək üçün səyləri daha yaxşı əlaqələndirmək niyyətindədirlər.
DOĞRU.AZ