image-n1karobka_ads
image-123
image-gsmarena_001-pic_32ratio_900x600-900x600-72282backend

Honor Magic V Flip qatlanan smartfon dizaynını təqdim etdi

image-ad_qayo_720x110px

Honor şirkəti Magic V Flip adlı qapaqlı formatda ilk qatlana bilən smartfonunu fəal şəkildə inkişaf etdirir.

Bu barədə GSMArena portalı nüfuzlu insayder Digital Chat Station-a istinadən xəbər verir.

Digital Chat Station-ın məlumatına görə, smartfonun arxa qapağında böyük xarici ekran olacaq. O, bu məlumatı qoruyucu çantanın fotosu ilə təsdiqləyib. Belə ki, smartfonun bütün qapağı kamera bloku üçün kəsik və aşağı hissəsində kiçik çərçivə olan ekran olacaq. Beləliklə, Honor Magic V Flip bir qədər Motorola-nın Razr 40 Ultra-nı xatırladacaq, lakin daha böyük ekrana sahib olacaq.

Ehtimal olunur ki, Honor 200 seriyalı smartfonların təqdimatı çərçivəsində qapaqlı qapağın kiçik elanı baş tuta bilər və cihazın tam anonsu isə iyun ayında baş tutacaq.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki