image-n1karobka_ads
image-123
image-arab_israeli_conflict_5backend

Husilər ərəbləri və müsəlmanları İsraillə münaqişədə birləşməyə çağırır

image-ad_qayo_720x110px

Yəmənin şimalında hakim olan Ənsar Allah (Husi) şiə hərəkatının Siyasi Bürosunun üzvü Əli əl-Kəhum deyib ki, ərəblərin və müsəlmanların İsraillə münaqişədə birləşməsinin vaxtı çatıb.

Onun sözlərinə görə, Yəmən İsraillə münaqişənin yeni mərhələsinə qədəm qoyur, burada “qırmızı xətlər” yoxdur.

“Nə qədər ki, İsrail var, sülh olmayacaq, bu, ekzistensial döyüşdür. Ərəbləri və müsəlmanları birləşdirməyin vaxtı çatıb…”, – RİA Novosti əl-Kahumdan sitat gətirir.

RT Arabic-in rəhbəri Maya Mannanın daha əvvəl verdiyi məlumata görə, İsrail qırıcıları Qəzza zolağına, o cümlədən Xədicə qızlar məktəbinə hücum edib. RT-nin hərbi müxbiri Səid Sverki Deyr əl-Bələh qaçqın düşərgəsindən video nümayiş etdirib . Hücum zamanı məktəb ərazisində 4 mindən çox fələstinlinin sığındığı səhra xəstəxanası olub.

Mənbə RT

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki