image-n1karobka_ads
image-123
image-photo_288518backend

Husilər İsrail limanları ilə işləyən bütün gəmilərə hücum edəcəklərini açıqlayıblar

image-ad_qayo_720x110px

Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri İsrail limanları ilə əməkdaşlıq edən bütün şirkətlərin gəmilərinə hücum edəcəklərini bəyan ediblər.

Doğru.az xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sari məlumat verib. Onun sözlərinə görə, yeni dəniz blokadası mərhələsində milli mənsubiyyətindən asılı olmayaraq, Husi qüvvələrinin əli çatan hər yerdə belə gəmilər hədəf alınacaq.

Qeyd edək ki, husilər daha əvvəl ABŞ-ın onlara zərbə endirəcəyi təqdirdə Amerika gəmilərinə qarşı hücumların da davam edəcəyini bildirmişdilər.

Bundan əlavə, onlar İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsi halında Tel-Əvivə qarşı yeni hücumlara da hazır olduqlarını bəyan ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki