image-2000x150px
image-123
image-ads_atlas
image-az-1backend

İctimai Şuraya namizədliyə dair sənəd qəbulu yenidən elan olunur 

image-728x90px
Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya namizədlərlə bağlı sənəd qəbulu prosesinə sentyabrın 21-i start verilmişdir.

İctimaiyyətə məlum olduğu kimi elandan 6 gün sonra, sentyabrın 27-də Ermənistanın Azərbayana yenidən təcavüzünə və təxribatlarına cavab olaraq Silahlı Qüvvələrimiz Ali Baş Komandanının əmrinə əsasən torpaqlarımızın işğaldan azad olunması məqsədilə əks-hücum əməliyyatlarına başlandı və bununla əlaqədar ölkəmizdə hərbi vəziyyət elan edildi. Nəticə etibarilə, noyabrın 10-da Vətən müharibəsi Şanlı Qələbəmiz ilə başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu. Hazırda Azərbaycan həm döyüş meydanının, həm də diplomatik müstəvidə aparılan mübarizənin qalibi kimi dünyanın diqqətindədir.

Bu müddət ərzində yaranmış vəziyyətə görə şuraya üzv olmaq istəyən və məlum səbəblərdən namizədliyini təqdim edə bilməyənlər üçün də müvafiq şəraitin yaradılması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən sənəd qəbulu yenidən elan olunacaqdır.

İctimaiyyətin nəzərinə çatdırılır ki, 21 sentyabr – 20 oktyabr tarixlərində elan edilən müsabiqə üzrə təqdim olunan və qeydə alınan müraciətlər qüvvədə qalır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki