Doğru.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Abşeron və Tərtər rayonuna yeni prokuror təyin olunması haqqında əmr imzalayıb.
Əmrə əsasən Qabil Qasımov Abşeron rayon prokuroru təyin edilib. Həmçinin Baş prokurorun imzaladığı daha bir əmrlə Əli Qurbanov isə Tərtər rayon prokuroru vəzifəsinə təyinat alıb.

























