image-2000x150px
image-123
image-ads_atlas
image-simptomy-i-pervye-priznaki-koronavirusa-covid-19-u_1backend

İkinci dəfə yoluxanları gözləyən böyük TƏHLÜKƏ

image-728x90px

Tibb elmləri namizədi, immunoloq Nikolay Kryuçkov xəbərdarlıq edib ki, ikinci dəfə koronavirus infeksiyasına yoluxmaq əvvəlkindən daha ağır xəstəliyə səbəb ola bilər.

  “Sputnik Radiosu”na danışan mütəxəssis qeyd edib ki, COVID-19 omikron ştammının hazırda dominant olan xətləri, məsələn, “delta” variantından daha az patogendir və ölümlə nəticələnmə ehtimalı azdır. Ancaq yenidən infeksiyaya yoluxduqda, xəstəliyi birinci dəfədən daha ağır keçirə bilərsiniz.

“Bir neçə ay əvvəl aparılan böyük araşdırma göstərdi ki, COVID-19-un hər bir sonrakı xəstəliyi eyni insanda daha ağır gedişata səbəb olur”, – immunoloq qeyd edib.

Ekspertin fikrincə, bu, koronavirus infeksiyasının insan orqanizminə təsirinin nəticələri ilə bağlı ola bilər. Kryuçkov əmindir ki, ilk və ya sonrakı infeksiya zamanı COVID-19-un yüngül gedişi gələcəkdə virusun problemsiz ötüşəcəyi demək deyil.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki