image-2000x150px
image-123
image-ads_atlas
image-1638809541_16388057923924253026_1000x669backend

İlham Əliyev Quba – Qonaqkənd avtomobil yolunun açılışını edib – FOTO

image-728x90px
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

AZƏRTAC xəbər verir ki, 46 kilometrlik Quba – Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur.

Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.

Qeyd edək ki, ərazinin özünəməxsus relyefi tikinti işlərinin gedişinə də birbaşa təsir göstərib. Bəzi yerlərdə dağ yamaclarının qaya süxurları kəsilib, qrunt sularının axıdılması təmin edilib. Bir sözlə, dövlətimizin başçısının sərəncamı ilə vətəndaşların rahatlığının təmin olunması üçün çox əhəmiyyətli işlər görülüb.

Onu da deyək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.

DOĞRU.AZ

image-1638809506_1638805792520637112_1000x669 image-1638809550_16388057923818550014_1000x669 image-1638809552_16388057925622220689_1000x669 image-1638809535_16388057925561011450_1000x669

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki