image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210418_094014_990backend

“İlk dəfədir ki, mübarizə aparmadan məğlub olduq!” – Rəşad Sadıqov

image-728x90px
“Çətin oyun keçdi. Bilirdik ki, rəqib ilk dəqiqələrdən qələbəyə köklənəcək. “Qarabağ”ın xal itirməsi onlar üçün motivasiya idi. İlk hissədə təhlükəli hücumlarımız oldu”.

Doğru.az”-ın məlumatına görə, bu fikirləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov səfərdə “Neftçi”yə 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ikinci yarıda qol buraxdıqdan sonra hücuma daha çox keçməyə başlayıblar: “Düşündüyümüz alınmadı. “Zirə”də ilk oyunum idi ki, mübarizə aparmadan məğlub olduq. Mövsüm ərzində futbolçular hər oyunu yüksək səviyyədə keçirmirlər. Onları da başa düşməyə çalışıram. Amma oyundan razı qalmadım. 90 dəqiqəyə baxsaq, Klesio Baukun oyunu məni sevindirdi”.

Sadıqovun sözlərinə görə, heyətlə bağlı problemləri var: “Zədəlilər və koronavirusdan yeni sağalanlar var idi. Amma “Keşlə” ilə matçda onları 90 dəqiqə meydanda saxladıq. Risk etdik. Qarşıda bizi sıx qrafik gözləyir. Bəzən nəyisə qurban verməyə məcburuq. Bu gün sırf “Neftçi” ilə matçı düşünmürdük. Qarşıdakı oyunları nəzərə alıb, dəyişiklik etmişdik. “Neftçi” kimi komanda ilə görüşdə xal qazanmaq istəyirsənsə, belə ucuz qollar buraxmamalısan. Rəqib bundan sonra psixoloji üstünlüyə yiyələndi və dominantlıq etməyə başladı”.

Baş məşqçi hər iki cəbhədə mübarizə aparmağa məcbur olduqlarını vurğulayıb: “Zirə” heç vaxt kubokda final oynamayıb. Finala çıxsaq, avrokuboklara gedə bilərik. “Sumqayıt”la çempionat matçı da həlledici olacaq. Hər kəs özünə görə məsuliyyət daşıyır. Bilirəm ki, rəhbərlik də uğur gözləyir. Birdən-birə 11 nəfərin koronavirusa yoluxması bizə problem yaratdı. Hər oyuna ən yaxşı formada çıxmağa çalışacağıq. Bizi çempionatda son illərin ən maraqlı sonluğu gözləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki