image-n1karobka_ads
image-123
image-y5wchtf6ut4wai7jm81garrvjvzjzyqcfkdijsxn_640backend

İlqar Nəbiyevə Milli Məclisdə vəzifə verildi

Milli Məclis Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə sektor müdiri təyin olunan İlqar Nəbiyev “Planet Parni iz Baku” KVN teatrının iştirakçısı olub.

Yurd.Media xəbər verir ki, İlqar Nəbiyev 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub.

2001-ci ildən Tahir İmanovun yaratdığı “Planet Parni iz Baku” KVN teatrında da iştirak edib. İ.Nəbiyev daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və “Şən və Hazırcavablar klubu” yarışları təşkil edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki