image-n1karobka_ads
image-123
image-14087124201344743972_1200x630backend

İndoneziya seçkilərə müdaxilə etdikləri üçün üç fransızı deportasiya etdi

image-ad_qayo_720x110px
İndoneziya yerli seçkilərə müdaxilə iddiası ilə üç Fransa vətəndaşını deportasiya edib.

Bu barədə The Jakarta Globe məlumat yayıb.

Nəşrin məlumatına görə, oktyabrın 8-də üç fransız Aceh vilayətində immiqrasiya orqanları tərəfindən saxlanılıb. Onların “regent vəzifəsinə namizədin siyasi kampaniyasında” iştirak etdikləri iddia edilir. 

Onların əvvəlcə yerli istehsalçılardan paçuli yağı almaq üçün Açeyə gəldikləri dəqiqləşdirilir. Bundan əvvəl onlar bu məqsədlə artıq bir neçə dəfə əyalətə gəlmişdilər. 

Nəşr iddia edir ki, fransızlar son səfər zamanı həm də regent vəzifəsinə namizəd olan siyasətçi Səid Sani ilə satış müqaviləsi bağlamaq niyyətində olublar. 

Mənbə Jakarta Globe

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki