image-n1karobka_ads
image-123
image-66c767dcae5ac975355ccb9bbackend

İndoneziyada etiraz aksiyaları zamanı onlarla insan yaralanıb

image-ad_qayo_720x110px

İndoneziyada regional seçkilər haqqında qanuna dəyişikliklərə etiraz olaraq onlarla insan yaralanıb.

Bu barədə İndoneziyanın ANTARA agentliyi məlumat yayıb.

Polis Semarang şəhərində tələbələrin etirazlarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Şəhərdə keçirilən nümayiş zamanı təhlükəsizliyin təmin edilməsinə 750 polis cəlb edilib.

Associated Press-in aydınlaşdırdığı kimi , Cakartada etirazçılar parlament binasına basqın etməyə cəhd ediblər və təkərləri yandırıblar. Etirazların ölkənin digər böyük şəhərlərində də keçirildiyi bildirilir.

Nümayişlər fonunda parlament İndoneziyada iğtişaşlara səbəb olan regional seçkilər haqqında qanun layihəsinin ratifikasiyasını təxirə salıb.

Bundan əvvəl Böyük Britaniyada anti-immiqrant iğtişaşlarla bağlı 1 mindən çox adamın saxlanıldığı məlum olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki