FIFA prezidenti Canni İnfantino qurumun geosiyasi problemləri həll etmək imkanlarının olmadığını bildirib.
Doğru.az xəbər verir ki, İnfantino FIFA-nın saytına açıqlamasında deyib: “FIFA geosiyasi problemləri həll edə bilməz, lakin o, birləşdirici, təhsil, mədəni və humanitar dəyərlərindən istifadə edərək futbolu bütün dünyada təbliğ edə bilər və etməlidir. Biz bölünmüş dünyada insanları birləşdirmək üçün futbolun gücündən istifadə etməyə çalışırıq.”
Xatırladaq ki, sentyabrın 24-də BMT FIFA və UEFA-ya müraciət edərək İsrailin turnirlərdən kənarlaşdırılmasına çağırış edib. Qurum bəyan edib ki, kütləvi insan haqları pozuntularına yol verən dövlətlərin milli komandaları dayandırıla bilər və dayandırılmalıdır.
Qeyd edək ki, 2022-ci ilin fevralında FIFA və UEFA Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya komandalarını beynəlxalq turnirlərdən uzaqlaşdırmışdı. Bundan əlavə, daha əvvəl futbol üzrə Əfqanıstan millisinin Rusiya yığması ilə oynamağa hazır olduğu açıqlanmışdı.
DOĞRU.AZ