image-n1karobka_ads
image-123
image-6943433602e8bd3c882694f4backend

İnterpol Ukrayna vətəndaşları üçün beynəlxalq həbs orderi verib

image-ad_qayo_720x110px

İnterpol Ukrayna vətəndaşları Yevgeni İvanov və Aleksandr Kononov üçün beynəlxalq həbs orderi verib.

Doğru.az xəbər verir ki, onlar Polşada Ukraynaya yük daşımaq üçün istifadə edilən strateji dəmir yolu xətlərində təxribat aktları törətməkdə şübhəli bilinir.

Polşa daxili işlər naziri Marçin Kervinskinin açıqlamasına görə, şübhəlilərə qarşı İnterpolun qırmızı bülletenləri təqdim edilib. Müstəntiqlər hesab edir ki, 41 yaşlı İvanov və 39 yaşlı Kononov xarici kəşfiyyat xidmətləri adından hərəkət ediblər. Onlar saxta sənədlərlə Belarusdan ölkəyə daxil olaraq 16 noyabr 2025-ci ildə Qarvolin rayonunda dəmir yolu relslərini partladıblar və həmin gün Avropa İttifaqını tərk ediblər.

Marçin Kervinski sosial mediada yazıb: “Qarvolin rayonunda təxribat törətməkdə şübhəli bilinən şəxslər üçün İnterpolun qırmızı bülletenləri verilib”.

Qeyd edək ki, Polşa əvvəllər Belarusdan dəmir yolu partlayışında iştirak etməkdə şübhəli bilinən iki ukraynalının ekstradisiyasını tələb etmişdi.

Hadisə beynəlxalq təhlükəsizlik orqanları tərəfindən ciddi nəzarətdədir və müvafiq araşdırmalar davam edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki