İran bu il rusiyalı turistlərin sayının 50 mini keçəcəyini gözləyir. TASS xəbər verir ki, bunu İranın Mədəni İrs, Sənətkarlıq və Turizm Nazirliyinin beynəlxalq turizmin inkişafı departamentinin direktoru Müslim Şocayi deyir.
“Ötən il Rusiyadan bizə 50 min turist gəldi. Və bu il bu rəqəmin daha yüksək həddə çatacağını gözləyirik”.
Nazir həmçinin əlavə edib ki, İrandan Rusiyaya 60 mindən çox turist gəlib. O qeyd edib ki, hər iki ölkənin xarici turizmi daha böyük potensiala malikdir, ona görə də Moskva və Tehran vətəndaşları bir-birinin ölkələrinə daha tez-tez səfər edə bilərlər.
Mənbə: TASS