Pakistanın informasiya naziri Attaullah Tarar bildirib ki, İran nümayəndə heyətinin İslamabadda ABŞ ilə danışıqlarda iştirakı hələ təsdiqlənməyib.
Doğru.az xəbər verir ki, nazir sosial şəbəkədə paylaşımında “İran tərəfindən nümayəndə heyətinin İslamabadda sülh danışıqlarında iştirakını təsdiqləyən rəsmi cavabı hələ gözləyirik” ifadəsini işlədib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ lideri Donald Trump İranla atəşkəsin uzadılmasını istəmədiyini bildirmişdi.
Eyni zamanda Axios portalı yazıb ki, Tehran ABŞ-ın danışıqları bərpa etmək bəhanəsi ilə yeni hərbi zərbələr endirə biləcəyindən ehtiyat edir.
DOĞRU.AZ

























